Gilasın qiymətinə etiraz edən aktrisa polisə çağrıldı

saytların hazırlanması

Evə çatdırılma

Gilasın qiymətinə etiraz edən aktrisa polisə çağrıldı

Şou

19 Oktyabr 2021 17:19 2259


Türkiyəli aktrisa Berna Laçın sosial şəbəkə hesabında qiymət artımına etiraz etdiyi üçün polisə çağrılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə sənətçi özü məlumat verib.

Ötən gün o, “İnstagram”da gilasın qiymətinin artmasına etiraz etmişdi: pizza mizza

"Gilasın qiyməti 60-la 80 lirə arasıdır. Bu sadəcə gilasdır. Uşaqkən sırğa kimi qulağımıza taxıb oynayardıq, indi isə gilasın dadını bilmədən böyüyən uşaqların ölkəsi olduq".

Berna Laçın bu sözlərinə görə ifadə verdiyini, ardında sərbəst buraxıldığını yazıb:

"Məni yenə ifadə verməyə çağırdılar. Gilas bahalıdır dedim deyə. Gilas inciməyib, sizə nə olub? Orxan Vəli demişkən, pulsuz yaşayırıq, pulsuz".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!