Ginnesin Rekordlar Kitabına düşən azərbaycanlının   MEYİTİ TAPILDI - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Ginnesin Rekordlar Kitabına düşən azərbaycanlının MEYİTİ TAPILDI - FOTO

Hadisə

27 Fevral 2026 18:37 1905


Ginnesin Rekordlar Kitabına düşən Lənkəran sakinin dənizdə meyiti tapılıb.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, meyiti tapılan şəxsin Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini Ələsgər Həsənzadə olduğu müəyyən edilib.

Qeyd edək ki, Ələsgər Həsənzadə Moskvada keçirilən idman yarışının qalibi olub. O, yeddi yaşında olarkən bir saat 44 dəqiqə 25 saniyə ərzində arxasıüstə uzanmış halda əllərini ayaqlarına tərəf (idman termini ilə "press" - red.) 3 000 dəfə çatdıraraq dünya rekordunu təzələyib. pizza mizza

Ələsgər Həsənzadə dünyada Ginnesin Rekordlar Kitabına düşən ilk azyaşlı olub. Balaca idmançı qızıl medal və Planetin Rekordlarının Qeydiyyatı üzrə Rusiya Komitəsinin diplomu ilə təltif edilib.

O, həmçinin Ginnesin Rekordlar Kitabında fəxri üzv kimi qeydə alınıb.

Ə.Həsənzadənin ölümünün səbəbləri araşdırılır. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!