Gizli radarla bağlı RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Gizli radarla bağlı RƏSMİ AÇIQLAMA

Avto

11 Avqust 2026 10:52 793


Sosial şəbəkələrdə avtomobilləri arxadan çəkən və guya sürət həddinin pozulmasını müəyyən edən cihazlarla bağlı görüntülər yayılıb.

Daxili İşlər Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Yeni Sabah”a bildirilib ki, görüntülərdə əks olunan qurğu sürət ölçən cihaz deyil. Həmin elektron cihaz yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin ölçülməsi və nəqliyyat axınının monitorinqi məqsədilə istifadə olunur.

Cihaz vasitəsilə nəqliyyat vasitələrinin hərəkət intensivliyi ilə bağlı məlumatlar toplanılır və bu məlumatlar yol hərəkətinin təşkili, nəqliyyat axınının təhlili və idarə olunması prosesində istifadə edilir. pizza

Qeyd olunan qurğunun inzibati xəta barədə elektron protokol tətbiq etmək funksiyası yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!