“Göl Əli” keçmiş məhkəmə sədrini niyə güllələyib? -   Qətlin təfərrüatı

saytların hazırlanması

Evə çatdırılma

“Göl Əli” keçmiş məhkəmə sədrini niyə güllələyib? - Qətlin təfərrüatı

Kriminal

13 Sentyabr 2019 08:46 1792


Keçmiş məhkəmə sədri, 1963-cü il təvəllüdlü Firudin Ələkbərlinin qətlinin təfərrüatı məlum olub. 

"Yeni Sabah" bildirir ki, Tovuz Rayon Polis Şöbəsindən Oxu.Az-a verilən məlumata görə, o, stansiyasının yaxınlığında yerləşən ofisinin yanında vurulub. 

Cinayətdə günahlandırılan 1959-cu il təvəllüdlü, “Göl Əli” ləqəbli iş adamı Şəmiyev Əli Məhərrəm oğlunun restoran və hotellər şəbəkəsinin sahibi olduğu bildirilir.  Toyuqlu pizza

İlkin araşdırma zamanı məlum olub ki, şəxslər arasında münaqişə F.Ələkbərlinin iş adamının obyektlərinin tikintisi zamanı yol verdiyi qanun pozuntuları barədə dövlət qurumlarına şikayət etdiyi üçün başlayıb.

Belə ki, F.Ələkbərli iş adamına məxsus hotelin Tovuzun magistral su kəmərinin yaxınlığında tikildiyini müəyyənləşdirib və ondan şantaj yolu ilə pul tələb edib. Bir neçə dəfə keçmiş məhkəmə sədrinin istəyini yerinə yetirən iş adamı sonuncu görüşdə üzərində gətirdiyi “Makarov” tipli tapançadan F.Ələkbərliyə üç dəfə atəş açıb.  Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan F.Ələkbərli orada ölüb. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!