Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Gömrük Komitəsi xanım sahibkara uduzdu: 20 minlik mala 70 min rüsum tələb olunurdu
03 Sen 2021 17:08
116295

Gömrük Komitəsi xanım sahibkara uduzdu: 20 minlik mala 70 min rüsum tələb olunurdu

Bu gün Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun qərarı ilə Ambiance.med MMC-nin Bakı Baş Gömrük İdarəsinə qarşı iddiası təmin edilib. 

“Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı "Azem&Partners" hüquq şirkətinin direktoru Emil Qurbanov yayıb. O, bildirib ki, təmsil etdiyi Ambiance.med MMC-dən Bakı Baş Gömrük İdarəsi ölkə ərazisinə idxal edilən mallara görə əsassız olaraq 3 dəfə artırılmış rüsum tələb edirdi:

“Sahibkar razılaşmadığı üçün malları nə anbara buraxmırdı nə də rəsmiləşdirmirdi. Beləki, idxal edilən malların dəyəri 20922 avro və ödənilməli rüsum 17000 manat olsa da gömrük orqanı guya invoys azaldılıb iddiası ilə təqdim edilən malların alğı-satqı müqaviləsi və invoysu qəbul etmirdi. Hətta malların idxal edildiyi Avropa Birliyi üzvü ölkənin səfirliyi, gömrük orqanı və istehsalçı zavod rəsmi sənəd təqdim etsə də Gömrük orqanı bu dəfə də sahibkarı həmin zavodla "əlaqəli şəxs" kimi qələmə verərək sənədlərin mötəbərliyinə şübhə ilə yanaşırdı.

Qeyd edim ki, Gömrük orqanının sahibkarın idxal etdiyi 20922 avro dəyərində mala qoyduğu qiymət 75000 ABŞ dolları idi və belə olan halda sahibkar 46000 azn rüsum ödəməli idi. Gömrük orqanı iddia edirdi ki, bu malların apteklərdə pərakəndə satış qiyməti 75000 abş dolları dəyərindədir ona görə də pərakəndə satış dəyərindən çıxılma üsulu ilə hesablayırıq. 

Məhkəmə öz qərarı ilə sövdələşmənin əsas olduğunu əsas sayaraq gömrük orqanının yanaşmasının qanuni olmaması qənaətinə gəldi. 

Ölkəmizdə bir çox sahibkar bu problemə görə əziyyət çəksə də nadir hallarda məhkəmə yolu ilə hüququnu müdafiə edənlər tapılır. 

Bu problemin hüquqi yolu vardır, Gömrük Komitəsinin bu cür yanaşması qanuni deyil və məhkəmələrin yanaşması obyektivdir. Ona görə də hüquqlarınızı haralarasa məktub yazmaqla deyil, məhkəmələr vasitəsi ilə təminat altına alın. Belə olduğu halda Gömrük orqanının yanaşması da zamanla dəyişəcək”.

Xatırladaq ki, bu qalmaqal uzun müddətdir davam edir. “Ambiance Med” MMC-nin rəhbəri Elnarə Əliyeva bu ilin fevralında mediaya üz tutaraq problemi ictimailəşdirmişdi. O, problemin həlli üçün komitənin sədri Səfər Mehdiyevə müraciət etsə də məsələ həll olunmayıb, qeyri-qanuni olaraq ondan 3 dəfə artıq ödəniş tələb olunub.

Hətta bununla bağlı komitə açıqlama yayaraq tələb olunan məbləği əsaslandırmağa çalışmışdı.

  • Şükür Nəbiyev
    Şükür Nəbiyev
    Gör qara camaatı necə soyurlar .
    13 days ago Cavab 0
  • Teymur
    Teymur
    Ölkədə qiymətlərin artması məhz belə halların baş verməsindən qaynaqlanır, ölkə rəhbərliyi bu işlərdən məlumatladırılmalıdır.
    14 days ago Cavab 0
  • Azer Bayramov
    Azer Bayramov
    Hörmətli vətəndaşlar. Bizim kömrük idarəsi özünün yazdığı şəxsi qanunlarla işləyir. Birjada udulmuş maşınların beynəlxalq invocesini hüquqi sənəd saymır. Bununla belə qərara gəlmək olar ki bizim kömrük orqanları tam ləğv olunub yenisi yaradılmalıdır.
    15 days ago Cavab 0
  • Abdullah
    Abdullah
    Bir kəndin yetirmələri. Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsi sistemində işləyən qohum-əqrabasının SİYAHISI. 1. Qayını Tarquluyev İlham DGK tikintilərinə nəzarət edir. Saxta tenderləri "udur” 2. Qayını ilhamın qızının əri Kamran əvvəl mühafizədə işləyirdi Hazırda ER və DNBGİ baş inspektordu. Bütün pullu işlərə ancaq o baxır. Hec kəs onun işinə girişə bilməz 3. Səfər Mehdiyevin köməkcisi Rəşad. (yaxin qohumudur) 4. Uşaqlıq dostu və qohumu Rəsulov Məsum Dövlət Gömrük Komitəsinin Qacaqmalcılıq və Gömrük qaydalarının Pozulması ilə mübarizə Baş idarəsinin rəisidir. Iki ilə general rütbəsi alıb. Səfər Mehdiyevdən sonra əsas söz sahibidir. 5. Qayını Tarquluyev Zeynal Azterminalkompleks İstehsalat Birliyinin rəis müavinidir. Qara kassiya o nəzarət edir. Gömrük İdarələri ətrafinda ofislər acaraq Gömrük Broker və Laqistik "xidmətləri” göstərir. Gömrükdə hər kəs məcburu həmin "xidmətə” yönəldilir. Orada isə iş adamlarına həmin broker xidməti ilə işləmək ücün müəyyən güzəştlər təklif olunur. 6. Qardaş oğlu Məhəmməd. Avtonəqliyyat və Aksizli mallar baş gömrük idarəsində İnzibati idarə etmə şöbənin rəisidir. 7. Bacısı oğlu Fərman. Dövlət Gömrük komitəsində Audit və təhlil baş idarəsində Baş inspektordu. Bakı Baş gömrük İdarəsində Broker xidməti acıb. İş adamlarına sövdələşmələrlə "güzəştlı”xidmət göstərir. 8. Bacısı oğlu Əli Avtonəqliyyat və Aksizli mallarla Baş gömrük İdarəsində Baş inspektor. 9. Bacısı oğlu Məhərrəm Bakı Baş gömrük İdarəsində Baş inspektor işləyir. 10. Qardaşının kürəkəni Sənan Avtonəqliyyat və Aksizli mallar baş gömrük idarəsində qiymətləndirmə şöbəsinin rəisidir. Bütün Respublikaya idxal edilən avtomobillərə ağlına gələn qiyməti o yazdırır. 11. Baldızı oğlu Rəfail Niftəliyev Enerji Resursları və Dəmiz nəqliyyatı baş Gömrük idarəsində İdarə rəisidi. İdarənin bütün gəlirli hissələrinə o nəzarət edir. 12. Bacısının kürəkəni Sahib Dövlət Gömrük Komitəsində Audit Təhlil Baş İdarəsində böyük inspektordu. 13. Bacısinin kürəkəninin qardaşı Zaman Dövlət Gömrük Komitəsinin Xocahəsən G/P inspektordu. 14. Bacı oğlusu Röşən Dövlət Gömrük komitəsində İşləyir. Saxta tabel yazılır əmək haqqı alır. Hec vaxtı işə gəlmir. Amma kənarda biznesiylə məşguldu. 15. Bacısının kürəkəni Vilayət Dövlət Gömrük Komitəsinin Maliyyə Tarif Və nəzarəti Baş İdarəsində baş inspektordu. Amma tərcümeyi halını yaza bilmir. 16. Bacanağı Həsən Dövlət Kömrük Qozpitalında işləyir. 17. Dostu Elman Dövlət gömrük komitəsinin Qospitalında Baş həkimdi. Bütün gəlirlərə o nəzarət edir. Elman doktorun qardaşı Fərman gömrük zabiri olduğu halda saxta dərman idxalına görə DTK tərəfindən həps edilmişdir. 18. Bacanağı Eldar Dövlət Gömrük komitəsinin Tikinti İdarəsinin rəis müavinidir. Tikintidə qara kassiya o nəzarət edir. 19. Bacanağı İlham Dövlət Gömrük Komitəsinin Tikinti İdarəsində işləyir. Əmək haqqı alır Amma işə cixmır. 20. Qardaşının kürəkəni Sahib İş adamlarina ucuz qiymətə mal cixardiğini bildirərək Broker Gömrük xidməti acmişdir. 21. Yeznəsinin Qardaşı oğlu Cəfərov Davud Xocahəsən Gömrük postunun rəisi başqası olduğu halda Davud rəislik eliyir. 22. Yeznəsinin qardaşı oğlu Cəfərov Süleyman Azterminalkompleks İstehsalat birliyində işləyir 23. Yeznəsinin qardaşı oğlu Cəfərov Asif Dövlət Gömrük komitəsində (Yeznəsinin qardaşlari oğlu ücüdə gömrükdə işləyir) 24. Yeznəsinin digər qardaşı oğlu Rəhman Xocahəsən G/P Azterminalkompleks İB işləyir. 25. Dostunun qardaşı Ramiz Gömrük Komitəsinin mobil qrup bölməsində baş inspektor 26. Qardaşının kürəkəni Arif 51 yaşında işə düzəlib. "Gömrük orqanlarinda Xidmət haqqinda” Əsasnaməyə əsasən kapitana qədər 50 yaş son yaş həddidir. Bunu 51 yaşında təzə işə götürüblər.
    15 days ago Cavab 0
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər