Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Gömrük Komitəsinin keçmiş şöbə rəisi hökmdən narazıdır
27 Mart 2021 10:04
528

Gömrük Komitəsinin keçmiş şöbə rəisi hökmdən narazıdır

Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışmış Ceyhun Babayev barəsindəki hökmdən apellyasiya şikayəti verib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrlik etdiyi cinayət kollegiyası baxacaq.

İlkin baxış iclası aprelin 1-nə təyin edilib.

Qeyd edək ki, C.Babayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, o, həmçinin 2 il müddətində dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilib.

C.Babayev Baş prokurorluq və Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb. O, daşıma fəaliyyəti ilə məşğul olan şirkətlərə məxsus malların tranzit gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində MMC-lərin səlahiyyətli nümayəndələrindən müxtəlif məbləğdə pulu rüşvət kimi almaqda ittiham edilib.

C.Babayevə Cinayət Məcəlləsinin 311.2-ci (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə ittiham verilib.(report)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər