Gömrükçülər siqaretdən “xalça toxudular” - “Onların səbrinə heyranam”

saytların hazırlanması

Evə çatdırılma

Gömrükçülər siqaretdən “xalça toxudular” - “Onların səbrinə heyranam”

Sosial

24 İyun 2023 17:36 1499


Dövlət Gömrük Komitəsi qaçaqmalçılıqla mübarizəni davam etdirir. Bununla bağlı vaxtaşırı internet resurslarında və sosial şəbəkələrdə məlumat verilir. 

Yenisabah.az xəbər verir ki, bu gün Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinə Babək rayon Nehrəm qəsəbə sakininə məxsus yük nəqliyyat vasitəsində aksiz markası ilə markalanmayan külli miqdarda siqaretlərin satış məqsədilə saxlanılması və qanunsuz satışının həyata keçirilməsi barədə əməliyyat məlumatı daxil olub. 

Keçirilən əməliyyat tədbirləri nəticəsində 35350 qutu (707000 ədəd) “GAULOISES Blondes” markalı siqaretlər aşkar edilib.  Pepperoni pizza

Qeyd edək ki, sözügedən əməliyyatın görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

Gömrükçülər müsadirə etdikləri 35350 qutudan böyük bir "xalça" yaradıblar. Asfalt örtüyün üzərində minlərlə siqaret qutusunu yan-yana düzülərək "xalça"ya çevrilməsi tənqidlərə səbəb olub. Əksər sosial şəbəkə istifadəçisi DGK əməkdaşlarının bu fəaliyyətini bekarçılıq əlaməti kimi qiymətləndiriblər. Siqaret qutularından "xalça toxuyan" gömrükçülərin səbrinə heyran qalanlar da tapılıb. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!