"Google" ABŞ-dəki xəritə istifadəçiləri üçün Ontario gölünün adını "Amerika gölü" olaraq dəyişdirib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
"ABŞ-dəki "Google Maps" istifadəçiləri Kanadada "Amerika gölü", ABŞ və Kanadadan kənarda isə hər iki adı görəcəklər", - "Google" bildirib. Toyuqlu pizza
Şirkət bu qərarını ABŞ hökumətinin coğrafi adlar sistemində gölün rəsmi adının dəyişdirilməsini, eləcə də "Google"ın yerləşdikləri ölkələrdə rəsmi olaraq istifadə edilən su hövzələrinin adlarından istifadə siyasətini qeyd etməklə izah edib.
Vaşinqton və Ottava arasında ticarət gərginliyinin artması fonunda ABŞ prezidenti Donald Tramp "TikTok" videosu paylaşaraq, Ontario gölünün adını şəxsən "Amerika gölü" olaraq dəyişdirdiyini bildirib. Amerika lideri əlavə edib ki, əvvəlki ad altındakı coğrafi xüsusiyyət artıq mövcud deyil və izləyiciləri yeni ada öyrəşməyə çağırıb.
Cavab olaraq Kanadanın Baş naziri Mark Karni bildirib ki, Amerika liderinin fərmanına baxmayaraq, Ontario gölü öz adını saxlayacaq.
Telegram kanalımız