Gorus-Qafan yolundan 2 milyon manata yaxın rusum toplanıb

saytların hazırlanması

Evə çatdırılma

Gorus-Qafan yolundan 2 milyon manata yaxın rusum toplanıb

Sosial

12 Dekabr 2021 13:55 518


“Gorus-Qafan sərhəd-keçid məntəqəsindən Azərbaycan ərazisinə daxilolmalardan iki milyon manata yaxın rüsum toplanıb.

Yenisabah.az xəbər verir ki, bunu DGK-nın sədri Səfər Mehdiyev deyib.

“İki aya yaxındır Gorus-Qafan yolunda DGK-nın müvafiq postu yaradılıb. Digər sərhəd-keçid məntəqələrində yüngül və ağırtonnajlı nəqliyyat vasitələri və insanlar hansı rüsumlara tabe tutulursa, həmin istiqamətdən də Azərbaycan ərazisinə daxil olan xarici avtonəqliyyat vasitələri və vətəndaşlar o şəkildə qeydiyyatdan keçir və gömrük rüsumlarını ödəyərək ölkə ərazisinə daxil olurlar" - deyə o bildirib. pizza sifarişi

Qarşı tərəfin bənzər addım atacağı ilə bağlı məlumatlara gəlincə qurum rəhbəri bilidirib ki, bu, Azərbaycan ərazisidir:

“Bizim nəqliyyat vasitələrimiz qarşı tərəfə daxil olsa, bənzər addımın atılıb-atılmayacağı onların işidir”. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!