Gövhər Rzayeva müğənni qohumuna əsəbiləşib efiri tərk etdi

saytların hazırlanması

Evə çatdırılma

Gövhər Rzayeva müğənni qohumuna əsəbiləşib efiri tərk etdi

Şou

03 İyun 2025 23:59 668


Əməkdar artist Gövhər Rzayeva müğənni xalası qızı Gülnarə Mahmudova ilə növbəti dəfə qalmaqal yaşayıb.

Yenisabah.az xəbər verir ki, qarmon ifaçısı "Elgizlə izlə" proqramına gələn qohumu ilə barışmayacağını bildirərək, "Allah hamısına can sağlığı, ömür versin. Məndən uzaq Allaha yaxın" deyib.

Cavab olaraq isə Gülnarə "Mən əvvəldən demişəm ki, ölsəm üstümə gəlməsin, ölsə, üstünə getməyəcəyəm. Ondan elə bir söz eşitmişəm ki, ürəyim sınıb. Validə əgər mənim anamdırsa, sənin də xalandır. Sən gərək xalanın dalınca danışmazdın, özün də bilirsən ki, onun haqda nə demisəm. Anam haqda böyük bir səhvə yol verib. İnsan ölür, amma söz qalır. Mən bilsyədim ki, Gövhər buradadır, heç gəlməzdim" deyib. Sezar pizza

Bu sözlərdən sonra isə Gövhər Rzayeva ayağa qalxaraq "Bilsəydim ki, buradadır, gəlmzədim. O kimdir ki, mən onun yanında oturmuşam. Əl çəkin məndən" deyib və efiri tərk edib./Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!