Göyçayda kanala yıxılan 57 yaşlı kişi xilas edildi

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda kanala yıxılan 57 yaşlı kişi xilas edildi

Sosial

27 İyun 2026 19:45 72


Göyçay rayonunun Potulu kəndində kanala yıxılan 57 yaşlı şəxs xilas edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Göyçay çayının rayonun Potulu kəndindən keçən hissəsində vətəndaşın çaya yıxılaraq təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub. Pepperoni pizza

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunublar.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində vətəndaş, 1969-cu il təvəllüdlü Gündüz Şükür oğlu Məmmədov xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!