Mayın 13-də Göyçay Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər və gənclər Ramazan bayramı münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib, Vətən oğullarının məzarı üstünə gül dəstələri düzüblər.
Yenisabah.az xəbər verir ki, ictimaiyyət nümayəndələri əvvəlcə Göyçay şəhərində, Çərəkə və Ərəbcəbirli kəndlərində şəhidlərin məzarını ziyarət edib, sonra şəhərin Nizami küçəsində şəhid polkovnik-leytenant Vidadi Xəlilovun və Bığır kəndində şəhid Qüdrət Əzizovun xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilmiş bulaq abidə komplekslərinin açılışında iştirak ediblər.
Şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, onların ruhuna dualar oxunub. Sezar pizza
/APA
Telegram kanalımız