Xalq artisti Aygün Kazımovanın Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzun günündə səhnə çıxışı zamanı başına iş gəlib
“Yeni Sabah” xəbər verir ki, o, çıxışı zamanı səhnədə ayaqqabısının açılması diqqət çəkib, sənətçi isə hadisəyə rahat reaksiya verib.
Səhnədə ayaqqabısının açıldığını görən pop kraliça əyilərək ayaqqabısını bağlayıb və çıxışına davam edib. O, həmin anda auditoriyaya “Hər şey yaxşıdır. Bunlar boş şeylərdir. Səhnədə belə şeylər baş verməsə, onun nə ləzzəti” sözlərini deyib. Dördpendirli pizza
Sənətçinin bu reaksiyası zalda olan məzunlar və qonaqlar tərəfindən gülüşlə qarşılanıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız