Damla oğlunu xaricdə təhsil almaq üçün yola salıb.
“Yeni Sabah” xəbər verir ki, o, sosial şəbəkə hesabında oğlu ilə bağlı paylaşım edib.
Müğənni oğlunun gələcəyi üçün mühüm addım atdığını qeyd edib: Dominos pizza
“Mənim ağıllı, yaraşıqlı oğlum. Bu gün sən gələcəyin üçün önəmli addım atırsan. Səni xaricə yola salarkən həm fəxr edir, həm qürur duyur, həm də bir ana kimi kövrəlirəm. Sənin parlaq gələcəyin mənim ən böyük sevincimdir.
Unutma ki, hara getsən də, dualarım, sevgim hər zaman səninlədir. Çətinliklərdən qorxma, hər zaman dik dur və hədəflərinə doğru inamla irəlilə. Özünü qoru, dərslərinə sarıl və hər zaman bizə sənə inanmağın nə qədər doğru olduğunu sübut et. Yolun açıq olsun, gözümün nuru”.
Aydan Hacı
Telegram kanalımız