“Gucci”nin Rusiyadakı biznesi bu hala düşdü

saytların hazırlanması

Evə çatdırılma

“Gucci”nin Rusiyadakı biznesi bu hala düşdü

Dünya

18 Sentyabr 2026 07:02 126


Dünyaca məşhur “Gucci” brendinin Rusiyadakı şirkətində rəhbərlik dəyişikliyi olub.

“Yeni Sabah” xəbər verir ki, “Gucci Rus”un baş direktoru vəzifəsinə Yuliya Juravleva gətirilib. O, bundan əvvəl şirkətdə baş mühasib kimi çalışıb.

Dəyişikliyin əsasən texniki xarakter daşıdığı bildirilir. “Gucci”nin Rusiyadakı mağazaları 2022-ci ilin martından fəaliyyət göstərmir. Şirkət son illərdə ciddi maliyyə itkiləri ilə üzləşib. Marqarita pizza

Belə ki, “Gucci Rus” 2022-ci ildə 1,5 milyard rubl, 2023-cü ildə 1,7 milyard rubl, 2024-cü ildə 385 milyon rubl, ötən il isə 350 milyon rubl zərər açıqlayıb. Hazırda şirkətdə cəmi 9 əməkdaş çalışır. Maliyyə hesabatında yaxın dövrdə satışların bərpasının mümkün olmadığı qeyd edilib. Bu səbəbdən şirkət fəaliyyətini minimum xərclərlə davam etdirir.

Bununla belə, “Gucci Rus”un ləğvi planlaşdırılmır. Şirkətin əvvəlki rəhbəri Oleq Yasnov isə beynəlxalq karyerasını davam etdirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!