Güclü yağış Oğuzda ciddi fəsadlar törədib

saytların hazırlanması

Evə çatdırılma

Güclü yağış Oğuzda ciddi fəsadlar törədib

Sosial

03 Sentyabr 2023 10:45 364


Güclü yağış Oğuz rayonunda fəsadlar törədib

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, dünən axşam yağan güclü yağış nəticəsində Qarasu çayında suyun səviyyəsi artıb, nəticədə sel suları Xalxal kəndinə ziyan vurub.

Məktəbə gedən körpünün bir hissəsi çöküb, bir neçə ailənin həyətinə və tövləsinə su dolub. Asfalt yolunun kənarlarını su yuyub, bir neçə elektrik dirəyi sıradan çıxıb. Sezar pizza

Hazırda aidiyyəti qurumların nümayəndələri ərazidə iş aparırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!