Gültəkin Hacıbəylinin Azərbaycana deport ediləcəyi gözlənilir

saytların hazırlanması

Evə çatdırılma

Gültəkin Hacıbəylinin Azərbaycana deport ediləcəyi gözlənilir

Siyasət

30 Noyabr 2025 14:42 831


Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə onun özü məlumat yayıb.

Əldə olunan məlumata görə, Gültəkin Hacıbəyli İstanbul Atnavutköy deportasiya məntəqəsinə gətirilib, onunla bağlı sənədləşmə başa çatdıqdan sonra Azərbaycana deport ediləcəyi gözlənilir. pizza mizza

Qeyd edək ki, dünən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri ( AXCP) Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evində axtarış aparılıb və onlar dindirilmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinə ( DTX) aparılıblar.

Məlumata görə, proses Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!