Gülyanaqdan Elzaya ismarış: “Hərə öz problemini özü həll etməlidir“

saytların hazırlanması

Evə çatdırılma

Gülyanaqdan Elzaya ismarış: “Hərə öz problemini özü həll etməlidir“

Şou

06 İyul 2022 10:47 845


"Bizim də həyatımızda yolunda getməyən şeylər olur. Amma mən heç vaxt öz sıxıntılarımı dinləyicilərə əks etdirməmişəm…”

Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Gülyanaq Məmmədova sosial verilişlərə çıxıb yardım istəyən həmkarları barədə danışarkən deyib.

“Mən yalnız öz sənətimlə ictimaiyyətin marağını cəlb etmişəm, şəxsi problemlərimlə yox. Kiməsə yük olmaq lazım deyil. Heç kəs bilmir ki, insanlar öz daxilində nələr yaşayır. Hamı başını aşağı salıb öz işini görür". Marqarita pizza

G. Məmmədova  Elza Seyidcahan onlardan kömək umsa da, ona yardım etmədiklərini bildirib:

"Biz yardım etmədik. İmkan olan yerdə kömək edərlər. Yalandan nə deyim?! İmkanım yox idi. Hərə öz problemini özü həll etməlidir. Ailəmizdə birləşirik, dərdimizi-sərimizi birlikdə çözürük".

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!