Gümri-Qars dəmir yolunun istismarı Ermənistan və Türkiyə arasında normallaşma prosesinin gündəliyindəki əsas mövzulardan biridir.
“Yeni Sabah” Armenpress-ə istinadla xəbər verir Ermənistan və Türkiyə dəmir yolunun istismarının bərpası ilə bağlı razılığa hələ 2025-ci ilin sentyabr ayında Türkiyənin normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Ermənistana səfər edərkən gəliblər.
Aprelin 28-də Qarsda Gümri-Qars dəmir yolunun bərpası və istismarı üzrə Ermənistan-Türkiyə birgə işçi qrupunun iclası keçirilib. Regionun nəqliyyat infrastrukturunun genişləndirilməsi kontekstində tərəflər Gümri-Qars dəmir yolunun tezliklə istismara verilməsinin vacibliyini vurğulayıblar. pizza
Mayın 7-də jurnalistlər üçün keçirilən brifinqdə Ermənistanın Baş naziri Nikol Paşinyan Qars-Gümri dəmir yolunun yenidən istifadəyə verilməsi ilə bağlı texniki qiymətləndirməni açıqlayıb.
Jurnalist mübadiləsi proqramı çərçivəsində Türkiyəyə səfər edən bir qrup erməni jurnalistə dəmir yolunun Türkiyə tərəfində istifadəyə verilməsinin gedişatını birbaşa müşahidə etmək imkanı verilib.
Telegram kanalımız