“Gündəlik yoluxma sayını əlində sübut kimi saxlayırsa...“   - Etiraz

saytların hazırlanması

Evə çatdırılma

“Gündəlik yoluxma sayını əlində sübut kimi saxlayırsa...“ - Etiraz

Sosial

07 Sentyabr 2021 10:43 1010


Hər kəsin səbrsizliklə gözlədiyi təhsillə bağlı qərar bu gün veriləcək. Saat 14:00-da Təhsil naziri Emin Əmrullayevin brifinqi nəzərdə tutulur.

Maraqlıdır tədris bu il də onlayn formada davam edəcək, yoxsa ənənəvi təhsilə geri dönürük?

Təhsil eksperti Elçin Əfəndi bu gün veriləcək qərarla bağlı fikirlərini Yenisabah.az-la bölüşüb: Toyuqlu pizza

“Təhsil pillələri üzrə müəyyən olunan vaxt aralığında dərslərin başlanması nəzərdə tutulur. İlk olaraq ibtidai siniflər, sonra 5-9 siniflər, sonda isə 11-ci siniflər ənənəvi təhsilə cəlb olunacaq. Tədricən bu cür dərslərin başlanılması nəzərdə tutulur. Ali təhsil müəssisələrində isə oktyabr ayında ənənəvi qaydada dərslərin başlaması gözlənilir”.

Ekspert tədrisin sentyabr ayının 15-dən ənənəvi qayda da başlamalı olduğunu bildirib:

“Mənim fikrimcə, tədris sentyabr ayının 15-dən bütün təhsil pillələri üzrə ənənəvi qayda da başlamalıdır. Təhsilin ənənəvi başlamaması üçün hər hansı bir maneə, səbəb yoxdur. Kimlərsə gündəlik yoluxma sayını əlində sübut kimi saxlayırsa, bu, yolverilməz haldır. Çünki istənilən halda biz virusla yaşamağı öyrənməliyik. Artıq iki il olacaq ki, virus təhsil sistemini bərbad hala salıb. Təhsili dirçəltməliyik. Dirçəlişin tək yolu ənənəvi təhsilə geri dönməkdir”.

Mehri Qurban 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!