“Günel Həsənlinin intim videosunu ermənilər çəkib” - Siyavuş Novruzovdan  AÇIQLAMA
07 Apr 2021 13:02
8479

“Günel Həsənlinin intim videosunu ermənilər çəkib” - Siyavuş Novruzovdan AÇIQLAMA

YAP-çı deputat Siyavuş Novruzov sensasiya sayılacaq açıqlama verib. 

Yenisabah az bildirir ki, Musavat TV-nin qonağı olan siyasətçi Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin intim videosundan danışıb. Qeyd edib ki, Həsənli ailəsini yaxından tanıyır: “Biz 10 il bağ qonşusu olmuşuq. Cəmil Həsənlini də, Güneli də, Cəmil müəllimin nəvələrini də yaxşı tanıyıram. Bu hadisəni qətiyyətlə pisləyirəm”.

Siyavuş Novruzov deyib ki, Günel Həsənlinin intim videosunun yayılmasında hakimiyyəti günahlandırmaq doğru deyil: “Bu videonu Cəmil Həsənlinin yaxın olduğu Avropa dairələri və ermənilər çəkib. Günahkarları o tərəfdə axtarmaq lazımdır”.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər