Günəş tutulması Azərbaycanda da müşahidə olundu

saytların hazırlanması

Evə çatdırılma

Günəş tutulması Azərbaycanda da müşahidə olundu

Sosial

25 Oktyabr 2022 17:14 1193


İlin ikinci Günəş tutulması başa çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Qismən Günəş tutulması hadisəsi saat 12:58-də başlayıb və 17:02-də sona çatıb. pizza

Hadisəsi 4 saat 4 dəqiqə davam edib. Bu təbiət hadisəsini Avropanın əksər hissələrində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərb hissələrində, o cümlədən Azərbaycanda müşahidə etmək mümkün olub.

Qeyd edək ki, 2022-ci ildə iki Günəş, iki Ay tutulması olmaqla, ümumilikdə dörd tutulma hadisəsi gözlənilir. İlin ilk Günəş tutulması aprelin 30-da, ilk Ay tutulması isə may ayının 16-da baş verib. Noyabrın 8-də ilin ikinci Ay tutulması olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!