Gürcü deputat NATO-nu geosiyasi cəsarət göstərməyə çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Gürcü deputat NATO-nu geosiyasi cəsarət göstərməyə çağırdı

Dünya

09 Oktyabr 2023 17:10 319


Gürcüstan NATO-ya üzv olmağa hazırdır, yalnız alyansın geosiyasi cəsarətə sahib olması qalır.

Yenisabah.az Gürcüstanın Birinci Kanalına istinadla xəbər verir ki,  bunu parlamentin müdafiə və təhlükəsizlik komitəsinin sədri İrakli Beraya NATO Parlament Assambleyasının sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Vaşinqton müqaviləsinin prinsiplərinin birliyi, ümumi dəyərləri müdafiə etmək bacarığı və Avro-Atlantik təhlükəsizliyə ən böyük töhfəsi sayəsində Gürcüstan alyansa üzv olmağa tam hazırdır. Toyuqlu pizza

İ. Beraya qeyd edib ki, NATO-nun geosiyasi cəsarət nümayiş etdirməsi və 2008-ci il Buxarest Sammitinin qərarını həyata keçirmək zərurətindən tam xəbərdar olması vacibdir.

NATO baş katibinin müavini Mirça Coana qeyd edib ki, rəsmi Tbilisini islahatları davam etdirməyə çağırıb: "Top indi sizin meydançanızdadır. Ümid edirəm ki, siz bu mesajı Tbilisiyə çatdıracaq və onsuz da möhkəm olan tərəfdaşlığımızı gücləndirəcəksiniz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!