Gürcüstan-Azərbaycan sərhədində silah səsləri eşidildi - Saxlanılan var
14 Yan 2020 15:12
390

Gürcüstan-Azərbaycan sərhədində silah səsləri eşidildi - Saxlanılan var

Gürcüstan-Azərbaycan sərhədində insident baş verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İnsident zamanı Q.İ. adlı Gürcüstan vətəndaşı saxlanılıb. 

Həmin şəxs odlu silahın qanunsuz əldə olunması, saxlanılması və girov götürməkdə günahlandırılır. O, odlu silah və qumbara ilə hədə-qorxu gələrək gürcü sərhədçilərini sərhədin razılaşdırılmamış hissəsinə doğru hərəkət etməyə məcbur edib. İnsident zamanı Q.İ. bir neçə dəfə atəş açıb.

Gürcüstan Sərhəd Polisinin əməkdaşlarının sayəsində insident tam aradan qaldırılıb.

Faktla bağlı istintaq aparılır.

Gürcüstan DİN azərbaycanlı həmkarlarına bu insidentin aradan qaldırılması ilə bağlı effektiv əməkdaşlığa görə minnətdarlığını bildirib.   /Report

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər