Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) iyulun 24-də gecə və iyulun 25-də səhər saatlarında ölkə ərazisində baş verən kütləvi elektrik kəsintiləri ilə əlaqədar təxribat maddəsi üzrə araşdırmaya başlayıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Gürcüstan DTX məlumat yayıb.
Bildirilir ki, ölkə daxilində təkrarlanan irimiqyaslı elektrik kəsintiləri ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 318-ci (təxribat) maddəsi ilə istintaq başladılıb. Qanunvericiliyə əsasən, bu maddə ölkənin dövlət maraqlarına zərər vurmaq məqsədilə mühüm obyektlərin və ya müəssisələrin normal fəaliyyətinin pozulmasını nəzərdə tutur. Sezar pizza
DTX istintaqın gedişi barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılacağını bildirib./unikal.az
Telegram kanalımız