Gürcüstan mediası erməni əsirlərdən yazdı

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan mediası erməni əsirlərdən yazdı

Hadisə

12 Dekabr 2020 10:14 972


Gürcüstanın bir sıra aparıcı kütləvi informasiya vasitələri Azərbaycan həqiqətlərini yaymaqda və dünya ictimaiyyətini məlumatlandırmaqda davam edirlər.

Yenisabah.az xəbər verir ki, qonşu ölkənin aparıcı report.ge, 24news.ge, sputnik-georgia.ru, aktual.ge, gaxa.ge, kavkasia.net informasiya portallarının Azərbaycan, gürcü, rus və ingilis dillərində yayadıqları materiallarda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycanın İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsman) bəyanatları oxuculara təqdim olunur.

Ombudsmanın bəyanatı əsasında hazırlanan məlumatda deyilir ki, Azərbaycanda saxlanılan erməni hərbi əsirlərə insani münasibət bəsləndiyi halda, Ermənistanda azərbaycanlı hərbi əsirlər bunun əksinin yaşayırlar.

Azərbaycan Müdafiə Nazirliyinin işğaldan azad olunmuş Ağdam rayonunun Boyəhmədli kəndindən hazırladığı videogörüntülər də ən çox oxunan və izlənilən materiallardandır.

Bundan başqa, mətbuatda 44 günlük müharibədən sonra Azərbaycanda yaşanan sabitlikdən və tühlükəsizlikdən bəhs olunur, bunun nəticəsi kimi hərbi vəziyyət rejiminin ləğv olunduğu diqqətə çatdırılır. (Azərtac)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!