Gürcüstanda koronavirusa yoluxanların sayı 315 mini ötdü
05 May 2021 11:55
206

Gürcüstanda koronavirusa yoluxanların sayı 315 mini ötdü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 171 yoluxma halı qeydə alınıb, 24 nəfər ölüb.

Yenisabah.az xəbər verir ki, bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 315 913, xəstəlikdən ölənlərin sayı isə 4207 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 296 532 nəfərin sağaldığı bildirilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər