Bu ilin yanvar-iyun aylarında fiziki şəxslərin Gürcüstandan xaricə pul köçürmələrində Azərbaycan ilk sırada yer alıb.
"Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə şəxsi “Facebook” səhifəsində paylaşım edib. Onun sözlərinə görə, ilin ilk yarısında Gürcüstandan Azərbaycana 36,5 milyon ABŞ dolları pul köçürülüb.
“Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 75,3 faiz çoxdur. Son 2-3 ildə Azərbaycandan Gürcüstana işləməyə gedənlərin sayı kəskin artıb. Son 1,5 ildə Azərbaycandan təxminən 3 min əmək miqrantı Gürcüstanda rəsmi qeydiyyata düşüb. Dördpendirli pizza
2021-ci ildə Azərbaycandan Gürcüstana 60 milyon dollar, 2022-ci ildə 51,3 milyon dollar, 2023-cü ildə 45 milyon dollar, 2024-cü ildə 40,2 milyon dollar, 2025-ci ildə isə 26 milyon 244 min dollar pul köçürülüb. Beləliklə, 2025-ci ildə göstərici illik müqayisədə 42 faiz azalıb”, – deyə iqtisadçı bildirib.
Ekspertin fikrincə, Gürcüstandan avtomobil idxalının əhəmiyyətli dərəcədə azalması da Azərbaycandan Gürcüstana pul köçürmələrinin azalmasına təsir edən amillərdən biridir.
“Gürcüstandan Azərbaycana pul köçürmələrinin artması isə əsasən əmək miqrantlarının və Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycandakı qohumlarına göndərdiyi vəsaitlərin çoxalması ilə bağlıdır.
Gürcüstandakı vəziyyəti az-çox bilirəm, illərdir tendensiyaları görmüşəm və izləmişəm. Cəmi 10 il əvvəl Azərbaycanda yaşayan, əslən Gürcüstandan olan soydaşlarımız öz qohumlarına, yaxınlarına həmişə pul göndərirdilər. İndi isə əks proses başlayıb. Buradan ora işləməyə gedənlər artır, Gürcüstanda yaşayan soydaşlarımız daha çox varlandıqca, buradakı qohumlarına kömək etməyə başlayırlar”, – deyə ekspert vurğulayıb.
Cəlalə Cəlalqızı
Telegram kanalımız