Gürcüstanın Azərbaycana avtomobil ixracı rekord həddə çatdı 

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanın Azərbaycana avtomobil ixracı rekord həddə çatdı 

Sosial

22 Yanvar 2024 13:32 390


2023-cü ildə Gürcüstan Azərbaycana 437,233 milyon ABŞ dolları dəyərində 22 393 ədəd avtomobil ixrac edib. 

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın Milli Statistika İdarəsi yayıb. Bildirilib ki, ötən il Azərbaycana idxal edilən avtomobillərin ümumi dəyəri illik müqayisədə 128,72 milyon dollar və ya 41,72% artıb, sayı isə 8 059 ədəd və ya 26,46% azalıb. Statistikaya əsasən ötən il Gürcüstanın Azərbaycana ixrac etdiyi avtomobillərin ümumi dəyəri son 10 ilin ən yüksək göstəricisidir. 

2023-cü ildə avtomobil ixracı Gürcüstanın əsas ixrac sektoru olub. Ötən il Gürcüstanın avtomobil ixracı illik müqayisədə 2 dəfə artaraq 2 milyard 126,57 milyon dollara çatıb. Gürcüstanın avtomobil ixracının 20.5% Azərbaycanın payına düşüb.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!