Cari ilin yanvar-iyul aylarında Azərbaycan Gürcüstandan 3,44 milyon ABŞ dolları dəyərində, ümumilikdə 1 236,8 ton diri qoyun və keçi alıb.
“Yeni Sabah” Gürcüstan Milli Statistika Xidmətinin ("Geostat") göstəricilərinə əsaən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu tədarükün maliyyə həcmi 24%, fiziki çəkisi isə 49,4% çoxalaraq kəskin artım nümayiş etdirib.
İlin ilk 7 ayı ərzində Gürcüstan ümumilikdə xarici bazarlara 16,484 milyon dollar dəyərində 4 157 ton diri qoyun və keçi satıb. Qonşu ölkənin bu sahə üzrə ümumi ixracı illik müqayisədə 2,6 dəfədən çox yüksəlib. Fiziki həcminə (çəkisinə) görə Azərbaycan Gürcüstanın ən böyük alıcısına çevrilsə də, maliyyə dəyəri baxımından Səudiyyə Ərəbistanı birinciliyi ələ alıb (5,64 milyon dollar / 1 120 ton). Dördpendirli pizza
Gürcüstandan ən çox xırdarynatlı heyvan idxal edən digər ölkələr siyahısında İraq 3,28 milyon dollarla üçüncü, Qətər 1,92 milyon dollarla dördüncü, Küveyt isə 1,05 milyon dollarla beşinci sırada yer alıb. Eyni zamanda, Liviya və Özbəkistan bazarlarına da tədarük həyata keçirilib.
Telegram kanalımız