Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi, eləcə də Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması səyləri ümidvericidir. Bu, daha geniş regionumuz üçün daha böyük sabitlik və əməkdaşlıq perspektivləri yaradır.
"Yeni Sabah" xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (PABSEC) 67-ci plenar iclasındakı çıxışında bildirib.
Onun sözlərinə görə, bu gün region ticarət, nəqliyyat, enerji və rəqəmsal bağlantı mərkəzi kimi rolunu gücləndirmək üçün böyük potensiala malikdir. pizza hut
Natiq qeyd edib: "Əməkdaşlığı daha da gücləndirmək üçün mövcud dövrə yalnız çətinliklər baxımından deyil, həm də yeni imkanlar baxımından baxmalıyıq".
Papuaşvili əlavə edib ki, bu ayın əvvəlində Gürcüstan, Azərbaycan və Türkiyənin birgə strateji layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun tam istifadəyə verilməsi qarşılıqlı faydalı əməkdaşlığın və regionun inkişafına birgə töhfələrin parlaq nümunəsidir.
Telegram kanalımız