“Guya qeyri-məhərrəmlik ayında evlənənlərin hamısı xoşbəxt olur, doxsan faizi boşanır...”

saytların hazırlanması

Evə çatdırılma

“Guya qeyri-məhərrəmlik ayında evlənənlərin hamısı xoşbəxt olur, doxsan faizi boşanır...”

Sosial

19 Avqust 2021 20:59 13899


Yazıçı Seyran Səxavət də Məhərrəm ayında toy edib-etməməklə bağlı son günlər yaranan mübahisəli məsələyə münasibətini bildirib. 

Yenisabah.az xəbər verir ki, yazıçının sözlərinə görə, qeyri-məhərrəmlik günlərində toy edənlərin də hamısı xoşbəxt olmur:

“Hacı Surxaya hörmətim var, fikrinə hörmətlə yanaşıram, ruhanidir, din adamıdır və nə dediyini bilir. Sadəcə bir şeyi demək isəyirəm ki, guya məhərrəmlik ayında yox, qeyri-məhərrəmlik ayında evlənənlərin hamısı xoşbəxt olur? Elə doxsan faizi boşanır də. Biz həmişə əsirlərlə, günlərlə gözləmişik ki, məhərrəmlikdə toy etmək olmaz”. pizza hut

Yazıçı insanların bu gün Allahdan və təbiətdən daha çox nəfislərinin qulu olduğunu bildirib:

“Biz özümüzdən o qədər uzaqlaşmışıq ki. Uşaq evlərindən uzağa gedib axşam qaranlıq düşəndə öz evinə qayıda bilmir, necə ki, azır qalır. Bax bu saat biz bir millət olaraq o gündəyik. Biz özümüzə qayıda bilmirik. Ona görə də insanları sel aparır, dünya alışıb yanır, yanğınlar, pandemiya olur. İnsanlar özünü yığışdırmasa, adam balası kimi aparmasa, bu işlərin axırı çox böyük fəlakətlərlə qurtaracaq. Çünki təbiət səbirlidir və bir az da Allaha oxşayır. Amma intiqam almağa başlayanda onun qarşısında heç nə dayana bilmir. Bunun zəlzələsi, seli, yanğını var. Atomdan da, hidrogendən də təbiətin silahı güclüdür. Yəni insandan hər cür intiqam ala bilər. Bu saat da alır, amma yenə də özümüzə gəlmirik. Biz Allahdan və təbiətdən çox nəfsimizin əmirlərini yerinə yetirməklə məşğuluq. Biz hamımız vəzifəmizdən asılı olmayaraq nəfsimizin qara quluyuq”./Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • BİLGƏ KAĞAN
    BİZ UNUTGANLAR BÜTÜN DEVRLƏRİN ƏN BÜYÜK AZƏRBAYCANLISI BABƏKİ GANINA QƏLTAN EYLƏYƏNLƏRİN 1400 İLDİR Kİ, ƏZADARLIĞINI EDİRİK. AZƏRBAYCAN HALKINA DAHA BÜYÜK TƏHGİR "BABƏK RAYONUNDA YENİ MƏSCİD AÇILDI" GİBİ DEYİMLƏRDİR. BÜTÜN AZƏRBAYCAN DAHİLƏRİ DİNLƏRİN, O CÜMLƏDƏN İSLAM DİNİNİN ƏLEYHİNƏ FİKİRLƏR SƏSLƏNDİRMİŞLƏR: "MƏN ALLAHA İNANIRAM, AMA HEÇ 1 DİNƏ İNANMIRAM". ƏN AĞILLI AZƏRBAYCANLI LÜTFİ ZADƏ.
    5 years ago