Hacı Zeynalabdin Tağıyevin ev muzeyi Heydər Əliyev Fondu tərəfindən təmir olunur -   Video

saytların hazırlanması

Evə çatdırılma

Hacı Zeynalabdin Tağıyevin ev muzeyi Heydər Əliyev Fondu tərəfindən təmir olunur - Video

Sosial

15 Noyabr 2019 17:37 3358


Heydər Əliyev Fondunun təşəbbüsü ilə azərbaycanlı milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev muzeyi təmir olunur.  

"Yeni Sabah" xəbər verir ki, 1893-1895-ci illərdə memar Yuzef Qoslavski tərəfindən inşa olunan bağ evi xeyriyyəçinin xüsusi önəm verdiyi mülklərindən biri olub.  

İş icraçısı Ədilxan Vəliyevin sözlərinə görə, bu ilin avqust ayında başlanan işlərin 2020-ci ilin birinci yarısında tamamlanması gözlənilir.   Dördpendirli pizza

Bununla da bina heç bir dəyişiklik olmadan əvvəlki görünüşünə qaytarılacaq.  

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin vəfatından sonra sözügedən ev xəstəxana, daha sonralar isə məcburi köçkünlərin yerləşdirildiyi sığınacaq kimi fəaliyyət göstərib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!