“Hacıbala Abutalıbov elə düşündü ki, əgər o, icra başçısıdırsa...” 

saytların hazırlanması

Evə çatdırılma

“Hacıbala Abutalıbov elə düşündü ki, əgər o, icra başçısıdırsa...” 

Sosial

28 İyul 2022 11:35 1513


“Bizdə belə bir praktika var ki, bir insan ömrü boyu nə iləsə məşğul olur. Sonra birdən bacarığı, hansısa spesifik xüsusiyyəti nəzərə alınaraq ona vəzifə verilir”. 

“Yeni Sabah” xəbər verir ki, bunu Oxu.az-a müsahibəsində Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə Bakı şəhərinin keçmiş icra başçısı Hacıbala Abutalıbov haqda danışarkən deyib. O, bildirib ki, Hacıbala Abutalıbov yaxşı alimdir, fizikdir, özü də optik fizikdir: “Bu, çox nadir bir ixtisasdır. Amma birdən-birə Suraxanı Rayon İcra Hakimiyyətinə başçı təyin olundu, sonra baş nazirin müavini işlədi, daha sonra da Bakı Şəhər İcra Hakimiyyətinin başçısı oldu.

Mənim onun şəxsiyyəti ilə bağlı heç bir problemim yoxdur. Amma Hacıbala Abutalıbov elə düşündü ki, əgər o, icra başçısıdırsa, deməli, hər şeyi bilir və öz bildiyi kimi etməlidir. Mən ona bizim söhbətlərimizin birində dedim ki, Bakının baş memarı mənəm. O isə qayıdıb: “Bakının baş memarı da, polis rəisi də, hakimi də, ümumiyyətlə hər şeyi mənəm”, - dedi. Bu hadisə mənim baş memarlıqdan getməyimə səbəb oldu. Mən ona: “Siz çox böyük adamsınız”, - deyərək çıxıb getmişəm. Bu insan düşünmədi ki, memarlıq böyük bir ixtisasdır və onu əvvəl öyrənmək, sonra ixtisas üzrə fəaliyyət göstərmək lazımdır”. Dominos pizza

Bakının hazırkı icra başçısı Eldar Əzizova gəldikdə baş memar bildirib ki, o çox yaxşıdır. Çünki o da həmin dövrdə işləyib və bunları görüb: “Sadəcə olaraq onun bəxti gətirdi, tezliklə Gəncəyə icra başçısı göndərdilər. Mən isə Bakıda qaldım və belə anlaşılmazlıqlara görə vəzifəmi tərk etdim. Hesab edirəm ki, doğru addım atmışam, çünki sonrakı illərdə baş verənlər göstərdi ki, mən o proseslərə təsir edə bilməyəcəkdim”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!