Hacıqabul-Muğan avtomobil yolu istifadəyə verildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Hacıqabul-Muğan avtomobil yolu istifadəyə verildi - Fotolar

Sosial

20 Aprel 2021 21:21 602


Aprelin 20-də Hacıqabul-Muğan avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

Yenisabah.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlətimizin başçısına uzunluğu 11,5 kilometr olan yolun texniki göstəriciləri barədə məlumat verildi. pizza sifarişi

Bildirildi ki, yolun yenidən qurulması 32 min nəfərin yaşadığı 2 yaşayış məntəqəsi arasında əlaqəni gücləndirəcək. Eyni zamanda, əhalinin həm Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yoluna, həm də Hacıqabul-Şirvan yolu vasitəsilə digər şəhər və rayonlara rahat çıxışı təmin edəcək.

Qeyd edək ki, ölkəmizdə yollar yeniləndikcə, kənd təsərrüfatı, turizm və digər sahələrdə də inkişaf baş verir, bölgələrdə iqtisadi canlanma müşahidə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!