Hacıqabulda beş gün öncə ölmüş kişinin meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Hacıqabulda beş gün öncə ölmüş kişinin meyiti tapıldı

Hadisə

11 Noyabr 2023 23:16 1040


Hacıqabulda bir neçə gün bundan əvvəl ölmüş kişinin meyiti aşkar edilib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Talış kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1966-cı il təvəllüdlü Qalib Əlisa oğlu Əsədov tək yaşadığı evində ölü tapılıb. İlkin məlumata görə, o, dörd-beş gün həyətdə görünməyib. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edilib. Onun öldüyü məlum olub.

Meyit müayinə olunmaq üçün Hacıqabul morquna göndərilib. Üzərində hər hansı bir zorakılıq əlaməti aşkar edilməyib. Q.Əsədovun səfil həyat sürdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!