Hakan Fidanı niyə Fərid Qayıbov qarşıladı?

saytların hazırlanması

Evə çatdırılma

Hakan Fidanı niyə Fərid Qayıbov qarşıladı?

Siyasət

15 Oktyabr 2026 12:06 120


Bakıya gələn Hakan Fidanın hava limanında gənclər və idman naziri Fərid Qayıbovun qarşılaması sosial şəbəkələrin Türkiyə seqmentində müzakirələrə səbəb olub.

"Yeni Sabah" xitab24-ə istinadla xəbər verir ki, həmin seqmentdə bu, Türkiyəyə hörmətsizlik kimi qələmə verilsə də, əslində, bu, heç də belə deyil və hər hansı protokol qaydası pozulmayıb.

Hakan Fidanın Bakıya gəlişi işgüzar səfər çərçivəsindədir. Azərbaycan Respublikasının Dövlət Protokolunda isə qonaq ölkənin xarici işlər nazirinin işgüzar səfəri çərçivəsində necə qarşılanması öz əksini tapıb. pizza mizza

Protokolun 25.1-ci maddəsinə əsasən, xarici dövlətlərin xarici işlər nazirlərinin Azərbaycan Respublikasına rəsmi səfəri zamanı hava limanında qonaq dövlətin və Azərbaycan Respublikasının dövlət bayraqları asılır. Trapın qarşısında xarici işlər nazirini, adətən, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Respublikasının qonaq dövlətdəki səfiri və qonaq dövlətin Azərbaycan Respublikasındakı səfiri qarşılayırlar. Qonaq xarici işlər naziri üçün ayrılmış əsas maşında iki ölkənin dövlət bayraqları qoyulur.

Qonaq ölkənin XİN rəhbərinin işgüzar səfəri zamanı isə qarşılayan şəxslər fərqli olurlar. Belə ki, dövlət protokolunun 25.2-ci maddəsinə əsasən, qonaq xarici işlər nazirini Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq idarəsinin rəisi, qonaq dövlətin Azərbaycan Respublikasındakı səfiri qarşılayırlar. Bu baxımdan, XİN-in müvafiq idarə rəisi əvəzinə, Hakan Fidanı Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovun qarşılaması ona böyük ehtiram əlaməti kimi qəbul edilə bilər.

Azərbaycanın gənclər və idman naziri səviyyəsində daha öncə də hava limanında qarşılanma mərasimi olub. Fərid Qayıbov Bakıda keçirilən COP29 zamanı xarici ölkələrin hökumət və dövlət rəsmilərini qarşılamışdı. Bunların arasında  Monteneqro prezidenti Yakov Milatoviç də var idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!