Son illər ölkəmizdə trendə çevrilən “Halloween” şənlikləri yalnız böyüklərin diqqətini çəkmir. Bu bayram uşaqlar arasında da geniş yayılmağa başlayıb və bağçalarda qeyd olunur.
Psixoloq, pedaqoq Zeynəb Əyyubova sözügedən məsələ ilə bağlı “Yeni Sabah”a danışıb.
Ekspert bildirib ki, bu bayramın bağçalarda qeyd olunması tövsiyə olunmur: Marqarita pizza
“İstər özəl, istərsə də dövlət bağçalarında hansısa bayramın keçirilməyi dövlət tərəfindən tətbiq olunmalıdır. Digər tərəfdən isə, bağçalarda bayram şənlikləri təşkil edərkən, bu mərasimlərin uşaqlara psixoloji, fiziki, mənəvi cəhətdən, həmçinin vətənpərvərliklə bağlı aşılayacağı dəyərlər, başqa sözlə desək, xeyri olmalıdır. Buna misal olaraq, milli bayramlarımızdan söz açmaq olar. Əgər bağçada Novruz şənliyi keçirilirsə, burada azyaşlılara həmin bayramda küsülülərin barışdığı, evlərə qonaq getmək, gedərkən hədiyyə aparmaq və digər müsbət ənənələr aşılanmalıdır.
"Halloween" və digər bu tipli bayramlar, şənliklər isə təqdirəlayiq deyil. Çünki bizim azyaşlılar ad günü şənliklərində məkana dəvət olunan personajlardan belə çəkinib qorxurlar. Bu kimi səbəblərdən dolayı adətləri bizə xas olmayam və uşaqlar üçün təhlükəli sayılan bayramları bağçalarda təşkil etmək psixoloji cəhətdən düzgün deyil”.
Aytac Şahin
Telegram kanalımız