“Abituriyentlərin peşə seçimində bəzi ixtisaslara üstünlük verməsində sovet dövrünün heç bir günahı yoxdur”.
Bu sözləri yazıçı Seyran Səxavət Yenisabah.az-a açıqlamasında deyib.
Qeyd edək ki, artıq qəbul imtahanlarının ilk mərhələsi başa çatıb. Abituriyentlərin əksəriyyəti hansı ixtisası seçəcəyini müəyyənləşdirib. Pepperoni pizza
Həmişə olduğu kimi bu il də hüquqşünas, polis və həkim olmaq istəyənlər çoxluq təşkil edəcək. Bir çox hallarda gəncləri buna valideynlər məcbur edirlər. Bəzi mütəxəssislər bunu sovet dövründən qalma "ənənə" kimi qiymətləndirirlər. Onlar hesab edirlər ki, valideynlər uşaqlarının layiqli mütəxəssis kimi yetişməsinin deyil, gələəckdə daha çox pul qazanmasının qeydinə qaldıqları üçün onları mənfi istiqamətdə yönləndirirlər.
Yazıçının sözlərinə görə, bu məsələdə Azərbaycan xalqının nəfsi xüsusi rol oynayır:
“Sovet dövrünün burada heç bir günahı yoxdur. Gənclərin bu ixtisasları seçməsi pulla əlaqədardır. Daha doğrusu, Azərbaycan xalqının nəfsi ilə bağlıdır. Çoxlu pullarının olmasını istəyir, var-dövlətli olmağı arzulayırlar. Burada peşənin özü ilə bağlı nə arzu, nə də istək var”.
S.Səxavət qeyd edib ki, hamı balasını vəzifədə görmək istəyir:
“Burada bircə məsələ var. O da puldur, pul. Əsas səbəb budur. Hamı balasını polis, prokuror, həkim, bank müdiri görmək istəyir. Bu sırf övladının yaxşı yaşaması ilə bağlıdır”.
Nəzrin Vahid
Telegram kanalımız