Dünya Çempionatının G qrupunda az öncə başa çatan Misir-İran görüşündə mübahisəli epizod qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, matça əlavə olunmuş 3-cü dəqiqədə Suja Xəlilzadənin vurduğu qol hakimlər tərəfindən ofsayd epizodu olduğu üçün keçərsiz sayılıb. İran kollektivinin ciddi etirazına baxmayaraq, görüşün polyak baş hakimi Simon Marçinyak qərarından vaz keçməyib.
Nəticədə görüş 1-1 hesablı bərabərliklə yekunlaşıb və İran millisi pley-off ümidlərini növbəti 3 qrupun nəticələrinə saxlayıb. pizza hut
İran millisinin baş məşqçisi Əmir Qalenoyi Misir ilə matçdan sonra məyusluğunu gizlətməyib:
“Sadəcə bir epizoda imkan verdik, o da qolla nəticələndi. Biz isə 10 real qol imkanından yararlana bilmədik. Vurduğumuz qolun da 5 santimetr ofsayd olduğu deyildi. Yaşadığımız problemlərə baxmayaraq, futbolun ədaləti yerini tapmadı. Bəlkə də bu, Allahın bizi sınama üsuludur”.
Xatırladaq ki, qrup mərhələsinin 2-ci tur qarşılaşmasında Belçika ilə qarşılaşan farsların heyətində Mehdi Taremi fərqlənsə də, ofsayd səbəbindən qolu qeydə alınmamışdı. Hər iki epizodun mübahisəli olması mundialda İrana qarşı qərəzli qərarların verilməsi iddialarını gündəmə gətirib.
Nazim Hacıyev
Telegram kanalımız