Hamı Siyavuş Novruzovun bu çıxışından danışır - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Hamı Siyavuş Novruzovun bu çıxışından danışır - VİDEO

Sosial

18 İyun 2022 12:25 20447


Milli Məclisin YAP-dan olan deputatı Siyavuş Novruzovun parlamentin dünənki iclasında etdiyi çıxış sosial şəbəkələrdə maraqla qarşılanıb.

Adətən, müxalifətlə bağlı çıxışları ilə gündəmə gələn stajlı YAP-çının bu dəfə Qarabağ qazilərinin probleminə diqqət ayırması sosial şəbəkə iştirakçıları tərəfindən alqışlanıb. 

Deputatın çıxışı ötən gün çoxlu sayda insan tərəfindən paylaşılaraq sosial şəbəkələrdə trendə çevrilib. Toyuqlu pizza

Yenisabah.az xatırladır ki, Siyavuş Novruzov məlum çıxışında Qarabağ qazilərinin üzləşdiyi problemləri dilə gətirib. Qeyd edib ki, bu problemlə aidiyyatı üzrə 4 struktur məşğul olmalıdır: "Müdafiə Nazirliyi, Hərbi çağırış – Səfərbərlik, Əmək Və Əhalinin Sosial Müfadiəsi Nazirliyi, Səhiyyə Nazirliyi. Bir komissiya yaradın, Milli Məclisin Komitəsini də, ictimaiyyətin nümayəndəsini də oraya dəvət edin. Hansı qazilər ki, deyir mənim əlillik dərəcəm var, yoxlansınlar, ictimaiyyətin qarşısında da deyin ki, sən xəstəsən, sənə pensiya düşür, yaxud düşmür. Bir bu cür qlobal işimizin üzərinə bir neçə şəxsə görə niyə kölgə salmalıyıq?! Burada cəmi bir həftəlik iş var. 6-8 aydır bu iş uzanır, biri özünü asır, biri özünü öldürmək istəyir, hansı səbəbdəndirsə, heç o da bilinmir. Dərhal atırlar İcra Hakimiyyətlərinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə. Bunun qarşısı alınmalıdır".

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!