“Qapanmalarla bağlı hökumət qərar verə bilər“   - ÜST rəsmisi

saytların hazırlanması

Evə çatdırılma

“Qapanmalarla bağlı hökumət qərar verə bilər“ - ÜST rəsmisi

Sosial

07 Fevral 2022 11:40 1275


"Dünyanın başqa ölkələrində olduğu kimi Azərbaycanda da koronavirusun "Omikron" ştamına yoluxma sayında yüksək artım müşahidə edilir".

Yenisabah.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, "Omikron"a qarşı görüləcək tədbirlər də digər ştamlardakı ilə eynidir: "Peyvənd olunmayanları vaksinasiyaya dəvət edirəm. Yoluxma sayları çox yüksəkdir, amma bu xəstəlik əsasən yüngül keçir. Ölüm saylarında artım yoxdur. Bundan sonra da yeni ştamlar yarana bilər. Qapanmalarla bağlı hökumət qərar verə bilər". Toyuqlu pizza

H.Harmancı qeyd edib ki, ÜST və UNİCEF məktəblərin açıq qalmasının tərəfdarıdır: "Qapanmaların lokal olaraq həyata keçirilməsini tövsiyə edirik"./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!