Hava ilə bağlı növbəti xəbərdarlıq: Martın 23 və 24-də... 

saytların hazırlanması

Evə çatdırılma

Hava ilə bağlı növbəti xəbərdarlıq: Martın 23 və 24-də... 

Sosial

22 Mart 2024 12:26 19058


Azərbaycanın rayonlarında martın 22-si səhərdən 24-ü gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. 

Bu barədə Yenisabah.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Mərkəzi Aran, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 23-ü səhər və gündüz yağıntıda fasilə olacaq.  pizza hut

Qərb küləyi 23-ü gündüz ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. 

Bakıda və Abşeron yarımadasında martın 23-ü günün ikinci yarısından 24-ü səhərədək şimal-qərb küləyinin 15-18 m/s, 23-ü axşam yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. 

Martın 23-ü gecə bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!