Sabah ölkənin bir sıra ərazilərində yağış yağacaq.
Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 8-i səhər və gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın qısa müddətə intensivləşəcəyi ehtimal olunur. pizza mizza
Azərbaycanın rayonlarında may ayının birinci ongünlüyünün son günlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Belə ki, 8-də bəzi rayonlarda, 9-10-da isə əsasən gündüz saatlarında dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı, 8-də bəzi yerlərdə yağıntıların bir qədər güclənəcəyi ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəz dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.
Aytac Əliyeva
Telegram kanalımız