Soyuq hava Azərbaycanı cənginə aldı - Qar dayanmır

saytların hazırlanması

Evə çatdırılma

Soyuq hava Azərbaycanı cənginə aldı - Qar dayanmır

Sosial

22 Mart 2024 10:32 10150


Martın 22-si saat 10.00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Şahdağda 38 sm, Qrızda 11 sm olub.

Düşən yağıntının miqdarı Astarada 10 mm, Lənkəranda 7 mm, Oğuzda 5 mm, Qobustan, Qəbələ, Ordubad, Göyçay, Zərdab, Şəki, Qusar, Tərtər, Yevlax, Göygöl, Naftalan, Tovuz, Ağstafa, Balakən, İmişli, Kürdəmir, Göytəpə, Sabirabad, Yardımlı, Şahbuz, Şərurda 3 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub. pizza hut

Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Balakən, Zaqatala, Şəki, Qax, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Tərtər, Göyçay, Beyləqan, Lerik, Sumqayıtda duman müşahidə olunub. Görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3-6, Naxçıvan MR-da 7, Aran rayonlarında 7, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 2 dərəcəyədək şaxta qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!