Havadakı toz dumanı nə vaxta qədər davam edəcək? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Havadakı toz dumanı nə vaxta qədər davam edəcək? - AÇIQLAMA

Sosial

22 İyun 2021 12:38 616


Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, cənub-şərq istiqamətli küləklərin üstünlük təşkil etməsi ölkə ərazisinə transsərhəd daxil olmuş toz dumanının havada uzun müddət qalmasına səbəb olub.

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, toz dumanının meteoroloji şəraitdən asılı olaraq həftənin sonuna qədər davam edəcəyi proqnozlaşdırılır.

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakı şəhərində dispers toz hissəciklərinin konsentrasiyası normadan 1.7, azot 4-oksid isə 3.3 dəfə yüksək qeydə alınıb. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!