Havanı çirkləndirən zavod rəhbəri cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Havanı çirkləndirən zavod rəhbəri cərimələndi

Sosial

23 Noyabr 2021 15:46 598


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Ağcabədi rayonu Rəncbərlər kəndi ərazisindəki “Fərid” MMC-yə məxsus asfalt zavoddan havaya normadan artıq tullantı atıldığı müəyyən edilib. 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Yenisabah.az-a açıqlamasında bildirib ki, araşdırma zamanı zavodda qaz-toz tutucu qurğunun olmasına baxmayaraq, ona texniki xidmət göstərilmədiyi və filtrlərin vaxtaşırı təmizlənmədiyi məlum olub.

“Faktla bağlı zavodun icraçı direktoru Fuad Cəfərov barəsində akt, protokol tərtib edilib və o, 3500 manat məbləğində cərimələnib. Nöqsanların qısa zamanda aradan qaldırılması üçün zavodun rəhbərliyinə məcburi göstəriş verilib”.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!