Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVA

Sosial

27 Aprel 2023 13:14 476


Aprelin 27-nə olan məlumatına əsasən, ötən sutka ərzində havanın temperaturu iqlim normasından 5.3° yuxarı olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23°-dək isti, Naxçıvanda 23-27° isti, dağlıq rayonlarda 16-20° isti, aran rayonlarında 24-28° isti olub. Marqarita pizza

Aprelin 27-29-da ölkə ərazisində hava şəraitinin nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!