Yenə də XƏBƏRDARLIQ edildi: Güclü külək, qar, yağış...

saytların hazırlanması

Evə çatdırılma

Yenə də XƏBƏRDARLIQ edildi: Güclü külək, qar, yağış...

Sosial

11 Dekabr 2023 13:51 2065


Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, dekabrın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Şimal-şərq küləyi 12-si gündüz arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enərək, gecə saatlarında 3-6 dərəcə isti, gündüz saatlarında 6-9 dərəcə isti olacaq. Marqarita pizza

Azərbaycanın rayonlarında dekabrın 11-i axşamdan 14-ü gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan MR, Mərkəzi-Aran, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə aşağı enərək, aran rayonlarında gecə 1-6 dərəcə, gündüz 11 dərəcəyədək isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 şaxta olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mövlud
    Şirvan şəhəri Bakı şəhəri
    3 months ago
  • Mövlud
    Şirvan
    3 months ago
  • Emildi ürem
    Ürem Şirvana nə vaxt qar yağacaq?
    2 years ago