Havaya dair daha bir XƏBƏRDARLIQ: Dekabrın 25-də...

saytların hazırlanması

Evə çatdırılma

Havaya dair daha bir XƏBƏRDARLIQ: Dekabrın 25-də...

Sosial

24 Dekabr 2023 13:48 2788


Əvvəlcədən xəbər verildiyi kimi şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin təsiri nəticəsində dekabrın 23-ü günün ikinci yarısından hava şəraiti dəyişib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, bəzi yerlərdə güclü qərb küləyi əsib. Küləyin maksimal sürəti Tərtər, Naftalanda 32, Bərdə, Gəncə, Daşkəsəndə 30, Ağdam, Yardımlı, Tovuzda 28, Mingəçevirdə 26, əksər rayonlarda isə 25 m/san-dək güclənib. Dördpendirli pizza

Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 24 m/san-ə çatıb.

Güclü külək nəticəsində bəzi rayonlarda, o cümlədən Gəncə, Tərtər, Bərdə, Qubada fəsadlar yaranıb. Ayrı-ayrı yerlərdə isə yağış yağıb. Dağlıq rayonlara yağan qar nəticəsində qar örtüyünün hündürlüyü Gədəbəydə 8, Göygöl, Daşkəsən, Ordubadda 3 sm olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti dekabrın 25-i gündüzədək davam edəcək.

Güclü külək zamanı yüngül konstruksiyalı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Əhalinin ehtiyatlı olması məsləhət görülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Eli
    Herdefe her gun xeber verirlir hava pis olacaq qar yaqacaq hecnede olmur
    2 years ago